
Bakı. Trend:
Ermənistanın səhiyyə naziri Anait Avanesyan dindirilmək üçün
Antikorrupsiya Komitəsinə çağrılıb.
Trend xəbər
verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.
Məlumata görə, səhiyyə naziri Ermənistanda qalmaqallı
“koronavirus işi” üzrə dindirilib. Avanesyandan əvvəl Ermənistanın
keçmiş səhiyyə naziri, hazırda hakim “Vətəndaş müqaviləsi”
fraksiyasından deputat olan Arsen Torosyan da Antikorrupsiya
Komitəsində dindirilib.
Qeyd olunub ki, Ermənistanda “koronavirus işi” üzrə 44 nəfərin,
o cümlədən 25 tibb işçisinin adı keçir. Belə ki, söhbət Ermənistan
Respublikasının dövlət bücəsindən “COVID-19” pandemiyası ilə
mübarizə üçün ayrılan vəsaitin qanunsuz yolla mənimsənilməsindən
gedir.
Xatırladaq ki, ötən il Ermənistan üzrə İrəvanın meri, keçmiş
səhiyyə nazirinin müavini Qevorq Simonyan, “Medlayn” klinikasının
rəhbəri və direktor müavini 2 ay müddətinə həbs olunmuşdu.





























