Advertisement

Bu prospektdə yük maşını aşdı (FOTO)

Bakı. Trend:

Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının
qarşısında bitum daşıyan yük maşını aşıb.

Trend xəbər verir ki, bu
barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM)
məlumat yayıb.

Nəticədə avtomobildə olan maye yola dağılıb. Nəqliyyat
vasitələrinin hərəkətində çətinlik yarandığından mərkəz
istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Qeyd edək ki, baş vermiş hadisə nəticəsində həm mərkəz, həm
aeroport yolu istiqamətində sıxlıq yaranıb.