Advertisement

Ali Məhkəmənin yeni hakimləri kollektivə təqdim olundu (FOTO)

Bakı. Trend:

Bu gün Ali Məhkəməyə yeni təyin edilən hakimlər – Aida Hüseyn və
Teyyub Muxtarov kollektivə təqdim olunub.

Trend xəbər verir ki, təqdimetmə mərasimində çıxış edən Ali
Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov hər iki
hakimi təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar
arzulayıb.

Bildirilib ki, ölkəmizdə müasir dövrün tələblərinə cavab verən,
cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin
formalaşdırılması istiqamətində aparılan məhkəmə-hüquq islahatları
hakimlərin üzərinə böyük məsuliyyət qoyur.

Bu baxımdan hər bir hakim müstəqil və ədalətli olmalı, şəffaf
fəaliyyət göstərməli, cəmiyyətin məhkəmələrə olan inamının
artmasına çalışmalıdır. Yeni hakimlərin təcrübəli və peşəkar
fəaliyyətləri ilə məhkəmə sisteminə mühüm töhfə verəcəyinə əminlik
ifadə olunub.

Sonra yeni hakimlər çıxış edərək onlara göstərilən yüksək
etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.