
Bakı. Trend:
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsində ADA Universitetinin dəstəyi ilə
Təqdimat metodologiyası və məlumat yığımı üsullarına həsr olunmuş
təlim təşkil edilib.
Təlimin məqsədi Komitənin müxtəlif struktur bölmələrinin
əməkdaşlarının məlumatların toplanması və sorğuların aparılması
üzrə bilik və vərdişlərinin təkmilləşdirməkdir.
ADA Universitetinin dosenti Anar Vəliyevin moderatorluğu ilə
keçirilən təlimdə məlumatın növləri, keyfiyyət göstəriciləri,
sorğunun keçirilməsində istifadə edilən əsas alətlər ilə bağlı
praktik və nəzəri məlumtalar verilib.
Təlimdə mövzu ilə əlaqədar müzakirələr aparılıb, komitə
əməkdaşlarının sualları cavablandırılıb.
Müvafiq mövzuda təlimlərin silsilə şəklində davam etdirilməsi
nəzərdə tutulur.





























