Advertisement

İranda partlayış olub, 7 nəfər xəsarət alıb

İranda partlayış olub, xəsarət alanlar var.

APA İran mətbuatına əsasən xəbər verir ki, hadisə Qum şəhərinin Pərdisan bölgəsində yaşayış binalarının birində baş verib.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Partlayışın səbəbləri araşdırılır.