
Bakı. Trend:
Almaniya Bundesliqasında 28-ci turun 6 oyunu baş tutub.
Trend İdman.biz-ə xəbər
verir ki, “Bavariya” səfərdə debütanta uduzub.
“Pivəçilər” “Haydenhaym”la matçda 2:0 hesabı ilə önə keçsələr
də, fasilədən sonra vəziyyət 180 dərəcə dəyişib. Meydan sahibləri 3
dəfə fərqlənərək, “Bavariya”ya ardıcıl 2-ci məğlubiyyəti
yaşadıb.
Lider “Bayer” səfərdə “Union Berlin”ə qalib gəlib. Oyunu
taleyini həll edən yeganə qolu Virts vurub. Bu qələbədən sonra 76
xal toplayan Leverkuzen klubu 2-ci pillədə qərarlaşan “Bavariya”nı
16 xal qabaqlayır.





























