
Bakı. Trend:
Şahmat üzrə İddiaçılar turnirində III turun oyunları
keçirilib.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə
mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi
Hikaru Nakamura ilə qarşılaşıb. Təmsilçimiz ağ fiqurlarla oynayıb.
Tərəflər 29-cu gedişdə sülhə razı olublar.
İddiaçılar turniri
III tur, 6 aprel
Nicat Abasov – Hikaru Nakamura – 0,5:0,5
Alireza Firuzya – Fabiano Karuana
Dommaradju Qukeş – Yan Nepomnyaşi
Vidit Santoş Qujrati – Rameşbabu Praqnanandja
Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan),
Vidit Santoş Qujrati (Hindistan) – 1,5, 3-4. Fabiano Karuana (ABŞ),
Yan Nepomnyaşi (FİDE) – 1,5, 5-6. Nicat Abasov (Azərbaycan), Hikaru
Nakamura (ABŞ) – 0,5, 7-8. Alireza Firuzya (Fransa), Rameşbabu
Praqnanandja (Hindistan) – 0,5.
Qeyd edək ki, Abasov IV turda Alireza Firuzya ilə qarşılaşaq.
Şahmatçımız yenə ağ fiqurlarla mübarizə aparacaq.





























