
Bakı. Trend:
Hakim koalisiyaya daxil olan “Qlas” partiyası tərəfindən
namizədliyi irəli sürülən Slovakiya parlamentinin sədri Peter
Pelleqrini prezident seçkilərinin ikinci turunda qalib gəlib.
Trend-in
məlumatına görə, bu barədə Slovakiya KİV-ləri xəbər verib.
Bülletenlərin 99,8%-nin hesablanmasının nəticələrinə əsasən,
seçicilərin 53,18%-i P.Pelleqrininin lehinə, 46,81%-i isə onun
rəqibi – Slovakiya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri,
liberal müxalifətin nümayəndəsi İvan Korçoka səs verib.
Seçici fəallığı 61,1 faiz olub.
Slovakiyada seçki məntəqələri yerli vaxtla saat 22:00-da
bağlanıb.





























