
Bakı. Trend:
Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş
partlayış nəticəsində iki nəfər ölüb, dörd nəfər isə yaralanıb.
Trend xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi
məlumat yayıb.
Əraziyə polis və yanğınsöndürənlər cəlb edilib, faktla bağlı
araşdırma aparılır.





























