Advertisement

Bədii gimnastlarımızdan bürünc medal – Trend.Az

Bakı. Trend:

Bədii gimnastika üzrə Azərbaycan millisi Estoniyada keçirilən
“Tallinn Open” beynəlxalq turnirində bürünc medal qazanıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, gimnastlarımız buna böyüklər və gənclər
arasında nail olublar.

İlona Zeynalova, Alina Məmmədova və Mədinə Dəmirova böyüklərin,
Şəms Ağahüseynova, İlahə Bahadirova, Gövhər İbrahimova və Fidan
Qurbanlı gənclərin komanda hesabında üçüncü yeri tutub.