Advertisement

Bayraktar KALKAN DİHA 30-cu uçuşunu uğurla başa vurub

Bakı. Trend:

Bayraktar KALKAN DİHA (Şaquli Eniş və Kalkış Pilotsuz Uçuş
Aparatı) 30-cu uçuşunda həyata keçirdiyi sistem identifikasiya
testlərini uğurla başa vurub.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Baykar şirkətindən bildirilib.

Kəşfiyyat və izləmə fəaliyyətləri həyata keçirə bilən Bayraktar
KALKAN DİHA sınaq çərçivəsində 14.500 fut yüksəkliyə qalxaraq 70
saatlıq müvəffəqiyyətli uçuş müddətini geridə qoyub.

Avtomatik marşrut izləmə, hədəf izləmə, halqa atəşi və evə
qayıtma rejimlərini yerinə yetirə bilən Bayraktar KALKAN DİHA, uçuş
testini Baykar tərəfindən tamamilə milli və yerli olaraq
hazırlanmış Baykar BG-160 kamerası ilə həyata keçirib.

Bayraktar KALKAN DİHA, termal görüntüləmə qabiliyyətinə malik
olan Baykar BG-160 Elektro-Optik Sistemi sayəsində gecə saatlarında
da yüksək keyfiyyətli şəkillər çəkə bilir.

Milli DİHA gecə-gündüz kəşfiyyat, müşahidə və hədəf aşkarlama
missiyalarını uğurla yerinə yetirə bilir.