Advertisement

Qırğızıstan cinayətkar dəstənin beş üzvünü Azərbaycan DİN-ə təhvil verib

Bakı. Trend:

Qırğızıstan transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan
beş Azərbaycan vətəndaşını Azərbaycan Daxili İşlər Nazirliyinin
rəsmi nümayəndələrinə təhvil verib.

Trend bu
barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinə istinadən
xəbər verir.

“Müəyyən edilib ki, 2024-cü il martın 20-də “Ak-Jol”
nəzarət-buraxılış məntəqəsi vasitəsilə 5 Azərbaycan vətəndaşı, o
cümlədən 1971-ci il təvəllüdlü A.V.S., 1984-cü il təvəllüdlü
B.S.O., 1982-ci il təvəllüdlü A.M.O. 1992-ci il təvəllüdlü B.N.O.,
1992-ci il təvəllüdlü M.Z.O. öz kriminal təsirlərini, o cümlədən,
cinayətkar ideologiyanı yaymaq və gücləndirmək, eləcə də, xüsusən
ağır cinayət – sifarişli qətl törətmək məqsədilə məqsədilə
Qırğızıstan ərazisinə keçiblər.

Keçirilən əməliyyat-istintaq tədbirləri zamanı həmin şəxslərin
həqiqətən də cinayətkar dəstələrlə əlaqəli olduqları müəyyən
edilib. Bu şəxslərin Qırğızıstan vətəndaşları üçün təhlükə
törətmələri ilə əlaqədar olaraq, habelə Azərbaycanın hüquq-mühafizə
orqanları ilə daha əvvəl bağlanmış razılaşmaya əsasən, onların
soğrusu üzrə 2024-cü il aprelin 7-də Manas Beynəlxalq Hava
Limanının ərazisində sözügedən şəxslər Azərbaycan Daxili İşlər
Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib”, – deyə Dövlət
Komitəsindən bildiriblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun