Advertisement

Mənzil fondu ilə bağlı qanunvericiliyə dəyişiklik təklif edilir

Bakı. Trend:

Təklif etdiyimiz məsələ mənzil fondu ilə əlaqədardır. Auditlərdə
dövlət mənzil fondu ilə əlaqədar qanunvericilikdə çatışmazlıqlar
praktiki problemlərə səbəb olub.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında
Hesablama Palatanın sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, problem dövlət mənzil fondu ilə təmin edilməli
şəxslərin dairəsinin dəqiqləşməsi, üstün mənzil təminatı olan
hüquqi şəxslərin Mənzil Məcəlləsində nəzərə alınmamasıdır.

“Yəni, bu şəxslər qazilər və şəhid ailələridir. Şəhid ailələrinə
edilən güzəştlər haqqında qanunda mənzil şəraitinin
yaxşılaşdırılması ehtiyacı olan şəhid ailələrinin yaşayış
sahələrinin birinci növbədə təmin edilməsi hüquqları təsbit olunub.
Lakin Mənzil Məcəlləsində şəhid ailələri, müharibə nəticəsində əlil
olan şəxslərin üstün hüququ fərqləndirilmir”, – deyə o qeyd
edib.