Advertisement

Bir sinfin 9 şagirdi buraxılış imtahanında maksimum bal topladı

Bakı. Trend:

Bakı şəhəri Elçin Qaranzadə adına 270 nömrəli tam orta məktəbin
9 şagirdi XI sinif buraxılış imtahanında müxtəlif fənlər üzrə
maksimum bal (100 bal) toplayıb.

Trend xəbər verir ki, təhsil aldıqları məktəbə başucalığı
gətirən şagirdlərdən Telman Azad oğlu Ağayev, Gülçöhrə Cəfər qızı
Həşimzadə, Zeynəb Kamil qızı Mamedzadə, Təyyar Namik oğlu
Mustafayev, Məryəm Məhərrəm qızı Məmmədli, Dilarə Hikmət qızı
Səfərova və Məhəmməd Vüqar oğlu Tağıyev riyaziyyat, Jalə Əkrəm qızı
Babayeva Azərbaycan dili, Səbinə Əlibala qızı Məmmədzadə isə
ingilis dili fənni üzrə maksimum nəticə (100 bal) göstərib.
Sözügedən şagirdlər eyni sinifdə təhsil alırlar.

Onu da qeyd edək ki, şagirdlərdən Telman Ağayev həm də Lütfi
Zadə adına riyaziyyat-məntiq olimpiadasının qalibi olub.

Bütövlükdə adıçəkilən məktəbin bu il buraxılış imtahanı verən
112 nəfər XI sinif şagirdindən 30-u 200-dən, 12-si isə 250-dən
yuxarı bal toplayıb.