
Bakı. Trend:
2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı
(UNDP) çərçivəsində Azərbaycan üçün ayrılmış büdcəsi
artırılacaq.
Trend xəbər
verir ki, bu barədə UNDP-nin Azərbaycandakı rezident nümayəndəsi
vəzifəsini icra edən Alessandra Rokkasalvo “2021-2025-ci illər üçün
BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair
Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici
Komitənin iclasında deyib.
“2024-cü ildə Azərbaycan üçün ayrılmış büdcəni 37 milyon ABŞ
dollarına çatdırmaq niyyətindəyik. Prioritetlərimiz iqtisadi
iştirakı genişləndirən əlverişli şəraitin yaradılmasından
ibarətdir”, – o deyib.
Xəbər yenilənəcək
(Tərcümə: Rəna Əbdürəhmanova)



























