Advertisement

Meral Akşener İYİ Partiya sədrliyinə namizəd olmayacaq, bu posta iddiaçılar müəyyənləşib (FOTO)

Bakı. Trend:

Türkiyənin müxalif İYİ Partiyasının sədri Meral Akşener
partiyanın aprelin 27-də keçiriləcək növbəti qurultayında sədrliyə
namizəd olmayacağını açıqlayıb.

Trend bu
barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Meral Akşenerin açıqlamasının ardınca partiyanın Türkiyə Böyük
Millət Məclisində (TBMM) İzmiri təmsil edən deputatı Müsavat
Dervişoğlu və İmmiqrasiya siyasəti üzrə sədr müavini Mehmet Tolqa
Akalın namizəd olacağını açıqlayıblar.

Bundan başqa, İYİ Partiyanın parlamentdəki fraksiyasının rəhbəri
Koray Aydın da sosial şəbəkə hesabında partiya sədrliyinə
namizədliyini irəli sürəcəyini bildirib.