Advertisement

Naxçıvanda özəlləşdirmədən daxilolmalar ARTIB – Trend.Az

Bakı. Trend:

Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında
özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 648,3 min manat
təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfə
çoxdur.

Bu barədə Trend Naxçıvanın
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə
istinadən xəbər verir.

“Yanvar-mart aylarında muxtar respublikada 1 dövlət müəssisəsi,
2 dövlət müəssisəsinin balansında olan 61 qeyri-yaşayış sahəsi və 1
mehmanxana binası torpaq sahəsi ilə birlikdə özəlləşdirilib”, –
məlumatda qeyd olunub.