Advertisement

Cozep Borrell Qırmızı dənizdə gəmiçiliyin müdafiəsindən danışıb

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik
məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell Qırmızı dənizdə Aİ
missiyasının fəaliyyətindən danışıb.

Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.

“Aİ Qırmızı dənizdəki vəziyyətə müdaxilə etməyə məcbur idi,
çünki husilər sərbəst hərəkətə mane olurdular. Ticarət təhdid
altında idi, gəmi daşımalarının qiyməti bahalaşmışdı. Aİ-nin
Qırmızı dənizdə gəmilərin mühafizəsi üzrə fevralın 19-da başlayan
“Aspides” missiyasının iştirakçıları 68 gəmini müşayiət edib və 11
hücumu dəf edib. Aİ missiyası son dərəcə müdafiə xarakteri
daşıyır”, – Aİ ali nümayəndəsi deyib.

Qeyd edək ki, Aİ-nin Qırmızı dənizdəki missiyası hazırda dörd
freqatdan ibarətdir. ABŞ və Böyük Britaniyanın Süveyş kanalında
ticarət gəmilərinin mühafizəsi üçün özlərinin ayrı koalisiyası
var.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun