Advertisement

Kloppu Amorim əvəz edəcək – Trend.Az

Bakı. Trend:

“Liverpul” Yurgen Kloppu əvəzləyək baş məşqçini tapıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, Ruben Amorimin komandaya rəhbərlik
edəcəyi məlumatı yayılıb.

“Sportinq”in baş məşqçisinin “Liverpul”la ilkin razılıq əldə
etdiyi bildirilib. Portuqaliyalı mütəxəssislə 3 illik müqavilə
imzalanacaq. Tərəflər maliyyə məsələlərində bütün detalları
razılaşdırıblar.

Qeyd edək ki, 2020-ci ildən Amorimin rəhbərlik etdiyi “Sportinq”
birdə çempion və 2 dəfə ölkə kubokunun qalibi olub.

Hazırki mövsümdə Lissabon klubu 71 xalla çempionatının
lideridir.