Advertisement

ABŞ-da Günəş tutulmasının görüntüləri (FOTO/VİDEO)

Bakı. Trend:

ABŞ-ın cənubundakı Hyuston şəhərində baş verən günəş
tutulmasının görüntüləri yayılıb.

Trend xəbər verir ki, tutulma hadisəsi aprelin 8-də Bakı vaxtı
ilə saat 19:42-də başlayıb və aprelin 9-u saat 00:52-də sona
çatacaq. Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə davam edəcək.
Tam tutulma prosesi 3 saat 16 dəqiqə 45 saniyə davam edəcək.

Tam tutulmanı Meksikadan, ABŞ və Kanadadan izləmək olar. Qismən
tutulma isə Şimali Amerikanın, demək olar ki, hər yerindən,
Atlantik və Sakit okeandan görünəcək.

Azərbaycan ərazisində Günəş üfüqdən aşağıda olduğu üçün bu
hadisə müşahidə edilməyəcək.