Advertisement

Marseldə bir nəfər insanlara hücum edib, 5 nəfər yaralanıb

Fransanın Marsel şəhərində bir nəfərin bıçaqla insanlara hücum etməsi nəticəsində 5 nəfər yaralanıb.

APA xəbər verir ki, polis hücum edən şəxsi zərərsizləşdirib.

Məlumata görə Marseldə Tunis vətəndaşı olan bir nəfər otel işçilərinə bıçaqla hücum edib.

Nəticədə beş nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Hücum edən şəxs polis tərəfindən güllələnib.

Hadisənin motivinin müəyyən edilməsi üçün araşdırma aparılır.