Advertisement

Qusardan Qubaya oğurluğa gələn şəxs həbs edildi

Bakı. Trend:

Qusardan Qubaya oğurluq etmək üçün gələn şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN)
Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinə daxil olan məlumat
əsasında keçirilən tədbirlərlə rayonun Alekseyevka kəndindəki
evlərin birindən oğurluq etməkdə şübhəli bilinən, Qusar rayon
sakini Tahir Azayev saxlanılıb.

Həmin şəxs talama məqsədilə tanımadığı şəxsə məxsus evə gizlin
daxil olub və oradan qızıl-zinət əşyaları oğurlayıb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin
qərarı ilə T.Azayevin barəsində həbs qətimkan tədbiri seçilib.