
Bakı. Trend:
Bu ilin I rübü ərzində daha 50,9 min pensiya, müavinət və təqaüd
təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata
keçirilib. Onlardan 11,9 mini pensiya, 39 mini müavinət və təqaüd
təyinatları olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən
məlumata görə, 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat
növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.
Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat
növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd
təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem
üzərindən avtomatik şəkildə həyata keçirilməsinə imkan verir.





























