
Bakı. Trend:
2023-cü il ərzində artıq 146 internet operator və provayder, o
cümlədən host provayder uçota alınıb.
Trend xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya
Texnologiyaları Agentliyi (İKTA) 2023-cü ildəki fəaliyyətinə dair
illik hesabatında qeyd olunub.
Hesabata əsasən, 31.12.2023-cü il tarixə uçota (qeydiyyata)
alınan operator, provayder və host provayderlərin sayı 153-ə
çatıb.
Qeyd olunanlarla yanaşı İKTA tərəfindən İSP-lərin və
istehlakçıların müraciət və şikayətləri də araşdırılmış və müvafiq
qaydada həll olunub.
Həmçinin Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sistemi
üzərindən İnternet xidmətinin göstərilməsini qeyd edən, lakin uçot
üçün müraciət etməyən şirkətlər mütəmadi olaraq araşdırılmış və
müvafiq tədbirlər görülüb.



























