
Bakı. Trend:
Qırğızıstan prezidenti Sadır Japarov 24-25 aprel tarixlərində
Azərbaycana dövlət səfəri edəcək.
Bu barədə Trend-ə Qırğızıstanın Azərbaycandakı səfirliyindən
bildiriblər.
Səfirlikdən qeyd olunub ki, 23-26 aprel tarixlərində Bakıda
Qırğızıstan Mədəniyyət günləri keçiriləcək.
Qırğızıstan prezidetinin səfər proqramı hələlik
açıqlanmayıb.
Qeyd edək ki, Sadır Japarovun Azərbaycana öncəki səfəri 2023-cü
il noyabrın 23-24-də baş tutub. Qırğızıstan prezidenti BMT-nin
Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının
(SPECA) dövlət başçılarının sammitində iştirak etmək üçün
Azərbaycana səfər etmişdi.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























