
Bakı. Trend:
Qırğızıstan Ağdamın Xıdırlı kəndində orta məktəb inşa
edəcək.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu
barədə nazir Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər
naziri Ceenbek Kulubayev ilə görüşündə bildirilib.
Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyinin
təqdirəlayiq olduğu, habelə Qırğız Respublikasının təşəbbüsü ilə
Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəbin bu dəstəyin
bariz nümunəsi olduğu vurğulanıb.
Nazir Ceenbek Kulubayev Azərbaycan və Qırğızıstan arasında
münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu,
əməkdaşlığın daha da irəlilədilməsi istiqamətində qarşılıqlı
səfərlərin əhəmiyyətli rol oynadığını qeyd edib.





























