Advertisement

Yanvar-mart aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracının həcmi açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin müdafiə sənayesi
məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz
azalaraq, 1 milyard dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən
xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.

“Bu ilin mart ayında Türkiyə 370,7 milyon dollar məbləğində
müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart
ayı ilə müqayisədə 26,7 faiz azdır”, – deyə nazirlikdən
vurğulanıb.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə
5,5 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac
edib.