Advertisement

Bakıda “Makarov”la gəzən şəxs tutuldu (VİDEO)

Bakı. Trend:

Bakının Xəzər rayonu, Binə qəsəbəsində üzərində “Makarov”
gəzdirən şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin
əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum
olunmuş 1994-cü il təvəllüdlü Mehdi Rzayev üzərində qanunsuz olaraq
odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron
darağı, 8 ədəd patron və 1 kiloqrama yaxın psixotrop maddə
metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, cari ilin 1-ci rübündə Xəzər RPİ-nin 3-cü PŞ-nin
əməkdaşlarının əməkdaşları narkotiklərin dövriyyəsinə qarşı 42
əməliyyat keçirilib. Dövriyyədən 5 kiloqrama yaxın narkotik vasitə
çıxarılıb.