Advertisement

Venesuela ABŞ-ın hərbi təhdidlərinə qarşı uğurla mübarizə aparır

Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, respublika ABŞ-ın sanksiyalarına və müharibə təhlükəsi yaradan təhdidlərinə qarşı uğurla mübarizə aparır.

APA xəbər verir ki, Maduro bu sözləri Bolivar Respublikasının Hərbi Universitetində çıxışı zamanı deyib.

“Hazırda Venesuela böyük güc nümayiş etdirir, heç vaxt olmadığı qədər bütöv və möhkəmdir. Biz güclü milli birlik formalaşdırmışıq”, – prezident vurğulayıb.