Advertisement

Azərbaycanda ÜDM artıb – Trend.Az

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında ölkədə 29096,8 milyon
manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,0 faiz çox
ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat
verilib.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri
neft-qaz sektorunda isə 6,7 faiz artıb.

ÜDM istehsalının 39,3 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat
vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9
faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə,
1,7 faizi informasiya və rabitə sahələrinin, 20,4 faizi digər
sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in
10,9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2856,5 manata bərabər olub.