
Bakı. Trend:
Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”
növbəti ödənişli yay təcrübə proqramına qeydiyyatı açıq elan edib.
3 ay davam edəcək proqramda sonuncu kurs və magistr tələbələri
həmçinin 2022-2023-cü illərin bakalavr məzunları iştirak edə
biləcəklər.
“Parla” yay təcrübə proqramı çərçivəsində iştirakçılar maliyyə,
marketinq, insan resursları, komplayns, hüquq, data, “agile”
idarəetmə, rəqəmsal mühəndislik sahələrində təcrübə əldə
edəcəklər.
Proqramın əsas məqsədi gənc kadrları korporativ mühitlə yaxından
tanış edərək, onların peşəkar inkişafına dəstək verməkdir.
Təcrübə proqramını uğurla bitirən məzunlar karyeralarına “PAŞA
Bank”da davam etmək imkanı əldə edəcəklər.
Qeydiyyatdan keçmək istəyənlər ətraflı məlumat üçün
internship.pashabank.az saytına keçid edə bilərlər.



























