
Ölkənin birinci bankı Kapital Bank və ABŞ Təhsilli Azərbaycan
Məzunları İctimai Birliyinin (ABMA) birgə tərəfdaşlığı ilə
keçirilən 20-ci Azərbaycan Biznes Keys Yarışmasının (ABCC 2024)
qalibləri bəlli olub.
Yerli və xarici tələbələri əhatə edən yarışmanın yarımfinal
mərhələsində hər komandada 4 nəfər olmaqla 16 komanda qalib adı
uğrunda mübarizə aparıb. Yarışmanın birincisi 76 nömrəli komanda
olub. 16 nömrəli komanda 2-ci, 79 və 4 nömrəli komanda isə eyni
nəticə ilə 3-cü yerə layiq görülüblər. Qalib komandaya 14 000 manat
dəyərində pul mükafatı təqdim olunub.
Müsabiqənin keçirilməsində məqsəd ali təhsil müəssisələri
tələbələrinin biznes yönümlü sahələr üzrə bacarıq və vərdişlərini
təkmilləşdirmək, onların maliyyə, marketinq, hesabat, texnologiya
və idarəetmə sahələrində praktiki vərdişlərə yiyələnməsinə dəstək
olmaqdır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün — https://kbl.az/prgtk,
Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



























