
Bakı. Trend:
Ramazan bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları
gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, ictimai asayişin, qanunçuluğun və hüquq
qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək
səviyyədə təmin edilməsi məqsədilə DİN-in bütün orqan və
hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini
davam etdirəcəklər. Kütləvi tədbirlərin, insanların sıx toplaşdığı
yerlərdə polis naryadlarının sayı artırılacaq, mühüm əhəmiyyətli
obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq.
Artıq bu gündən respublika əhəmiyyətli avtomobil yollarında
hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol
Polisi əməkdaşları tərəfindən profilaktik-maarifləndirmə
tədbirlərinə başlanılıb.
“Bir daha bütün vətəndaşları, o cümlədən bölgələrə səfərə
çıxmağa hazırlaşan hərəkət iştirakçılarını qaydalara əməl etməyə
çağırırıq”, – DİN-dən bildirilib.





























