Bakı. Trend:
Amerika administrasiyası Ukraynaya yardım göstərmək üçün ABŞ
Konqresindən daha 100 milyard dollar tələb edə bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ Senatının üzvü Erik
Şmitt deyib.
Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə o,
iclasda iştirak edən ABŞ müdafiə naziri Lloyd Ostindən Amerika
hökumətinin Kiyevə yardım üçün ayırmaq istədiyi vəsaitin ümumi
məbləğini göstərməyi xahiş edib.
“Bu komitənin üzvlərinə bildirilib ki, 100 milyard dollar üçün
daha bir sorğu edilə bilər”, – deyə o bildirib.




























