Advertisement

ÇL: London və Madriddə məhsuldar heç-heçələr

Bakı. Trend:

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start
verilib.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, ilk oyunlar çərçivəsində 2 matç baş tutub.

Hər iki görüş İngiltərə təmsilçisinin iştirakı ilə keçirilib.
“Arsenal” öz meydanında “Bavariya” ilə heç-heçə oynayıb. Hesab 2:2
hesabı ilə yekunlaşıb.

“Real” – “Mançester Siti” matçı daha məhsuldar alınıb. Tərəflər
hərəyə 3 qol vurublar.

Qeyd edək ki, ilk oyunlara aprelin 11-də yekun vurulacaq.

Çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel

23:00. “Arsenal” – “Bavariya” – 2:2
Qollar:
Saka, 12. Trossar, 72 – Qnabri, 18. Keyn, 32
(pen.)
23:00. “Real” – “Mançester Siti” – 3:3
Qollar:
Diaş, 12 (öz qapısına). Rodriqo, 14. Valverde, 79
– Bernardo Silva, 2. Foden, 66. Qvardiol, 71