
Bakı. Trend:
İngilis nəzəriyyə fiziki, Nobel mükafatı laureatı və Edinburq
Universitetinin professoru Peter Hiqqs ömrünün 95-ci ilində vəfat
edib. Professor Hiqqs qısa sürən xəstəlikdən sonra öz evində
keçinib.
Trend-in
məlumatına görə, onun ölümü barədə Edinburq Universitetinin mətbuat
xidməti məlumat yayıb.
“Peter Hiqqs, həyata baxış bucağı və təxəyyülü ətrafımızdakı
aləm haqqında biliklərimizi zənginləşdirən görkəmli şəxsiyyət,
həqiqətən istedadlı alim idi. Onun yenilikçi fəaliyyəti minlərlə
alimə ilham verib və mirası gələcək nəsilləri daha çox
ruhlandırmağa davam edəcək”, – deyə universitetin direktoru və
vitse-kansleri ser Piter Metison qeyd edib.
Peter Hiqqs 1960-cı illərdə elementar hissəciklərin kütləsinin
və xüsusən vektorlu V – və Z-bozonlarının kütlələrinin mənşəyini
izah edən “Hiqqs metodu”nun kəşfi ilə məşhurlaşıb. Professor
Hiqqsin metodu onun adını daşıyan yeni hissəciyin – Hiqqs bozonunun
mövcudluğunu təsdiqləyib.
Bozonun mövcudluğu yalnız 2012-ci ildə Böyük hadron
kollayderində aparılan araşdırmalar sayəsində təsdiqlənib. Elə
həmin il Edinburq Universitetində professorun şərəfinə Hiqqs Nəzəri
Fizika Mərkəzi yaradılıb.
2013-cü ildə Hiqqs bu gərgin əməyinə görə Nobel mükafatı alıb.
Alim P.Hiqqs bu ali mükafatı araşdırması bozonun kəşfini sübuta
yetirən digər nəzəriyyə fiziki Fransua Enqlertlə paylaşıb.





























