Advertisement

Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb

Bakı. Trend:

Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb.

Trend xəbər verir ki, namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin
birinci müavini müfti Hacı Salman Musayevin imamətliyi ilə Əjdərbəy
məscidində qılınıb.

Qeyd edək ki, bayram namazı Təzə Pir məscidində isə saat
09:00-da qılınacaq.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də
başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin
10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.