
Bakı. Trend:
Hazırda ölkə ərazisində duman müşahidə olunur. Duman ilin keçid
dövrləri üçün xarakterik olan əsasən gecə və səhər saatlarında
müşahidə edilən atmosfer hadisəsidir.
Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin
Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, yer səthinə yaxın hava qatında su
buxarlarının kondensasiyası nəticəsində duman əmələ gəlib.
Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq
istiqamətli küləklər vasitəsilə Abşeron yarımadasına hərəkət
edib.
Bakıda və Abşeron yarımadasında: Maştağa, Binə, Neft Daşları,
Pirallahı, Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən,
Şəki, Qrız, Yevlax, Göyçay, Cəfərxan, Lerikdə duman müşahidə olunur
və görünüş 50-200 metrədək məhdudlaşıb.
Cənub-şərq küləyinin axşama doğru şimal-qərb küləyi ilə əvəz
olunacağı gözlənilir ki, bu da dumanın dağılmasına səbəb
olacaq.





























