
Bakı. Trend:
Qazaxda təmir sexi yanıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, Qazax şəhərində ümumi sahəsi 1500 m² olan, 25
boksdan ibarət avtomobil təmiri sexinin yanar konstruksiyaları 1200
m² sahədə, içərisindəki avtomobil ehtiyat hissələri 1200 m² sahədə,
təmirə dayanan 3 ədəd avtomobil yanıb.
Obyektin qalan hissəsi, ərazidə dayanan avtomobillər və
yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.





























