Advertisement

İsrail XİN-dən İrana XƏBƏRDARLIQ – Trend.Az

Bakı. Trend:

İsrail xarici işlər naziri İsrael Katz İranın onun ölkəsinə
hücum edəcəyi təqdirdə buna cavab veriləcəyini bildirib.

Trend xəbər verir ki, İsrail XİN rəhbəri bu barədə “X” hesabında
paylaşım edib.

“İran öz ərazisindən hücum edərsə, İsrail buna reaksiya verəcək
və İrana hücum edəcək”, – paylaşımda bildirilib.

İsrail xarici işlər naziri paylaşımına İranın Ali Rəhbəri Seyid
Əli Xameneinin səhifəsini etiketləyib.

Qeyd edək ki, İranın Ali Lideri Seyid Əli Xamenei İsraili İranın
Dəməşqdəki konsulluğuna hücuma və buna bənzər hücuma görə peşman
edəcəklərini deyib.

Bundan öncə İran prezidenti İbrahim Rəisi də İsrail HHQ-nin
İranın Dəməşqdəki konsulluğuna qarşı hücumu cavabsız qalmayacağını
bildirib.

Xatırladaq ki, aprelin 1-də yerli vaxtla saat 17:00 radələrində
İsrail HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində azı
11 nəfər, o cümlədən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun
(SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi
və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb.