Advertisement

KTMT sülhməramlılarının yerləşdirilməsi Ermənistanda marionet hökumətin yaradılmasına gətirib çıxara bilərdi – Paşinyan

Bakı. Trend:

KTMT sülhməramlılarının yerləşdirilməsi Ermənistanda marionet
hökumətin yaradılmasına gətirib çıxara bilərdi.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.

“KTMT müşahidəçiləri Ermənistana müttəfiq yox, sülhməramlı kimi
gələcəkdilər. Beləliklə, Ermənistan özünün təhlükəsizlik
təminatları sistemindən kənarda qalacaqdı”, – o vurğulayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan
Yunanıstanın “Katimerini” qəzetinə müsahibəsində deyib ki,
Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatında (KTMT) iştirakını dondurub.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), bizim
qiymətləndirməmizə görə, Ermənistan Respublikası qarşısında
təhlükəsizlik öhdəliklərini, xüsusən 2021-2022-ci illər ərzində
yerinə yetirməyib”, – deyə o bildirib.

Paşinyan qeyd edib ki, 2023-cü ilin sentyabrından Ermənistanın
KTMT-də daimi nümayəndəsi yoxdur.

“Biz KTMT-nin yüksək səviyyəli danışıqlarında iştirak etmirik.
Biz KTMT-nin qərarlarını bloklamırıq, lakin qərarların qəbulunda da
iştirak etmirik”, – o əlavə edib.