
Bakı. Trend:
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni
Blinkenlə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə
edib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, tərəflər
arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı Qəzzada humanitar böhran və regional
təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib.





























