
Bakı. Trend:
Türkiyənin ən keyfiyyətli nefti Qabarda çıxarılır.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar
deyib.
“Vaxtilə terrorla bağlı olan və əlçatmaz olduğu deyilən Qabar bu
gün neftlə tanınır. Hal-hazırda bölgə təhlükəsizdir və Türkiyənin
ən keyfiyyətli nefti burada çıxarılır.” – deyə nazir bildirib.
O qeyd edib ki, burada neft hasilatı rekordu qırılacaq.





























