Advertisement

Daşkəsəndə ikimərtəbəli evdə yanğın olub

Bakı. Trend:

Daşkəsən rayonunun Daşkəsən qəsəbəsində ümumi sahəsi 114 m² (hər
mərtəbəsi 57 m²) olan ikimərtəbəli 4 otaqlı evin yanar
konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, ətraf ərazilər yanğından
mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.