Advertisement

Çantasında “Kalaşnikov” gəzdirən şəxs tutuldu (FOTO)

Bakı. Trend:

Biləsuvarda çantasında “Kalaşnikov” avtomatı gəzdirən şəxs
saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin
Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının
rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində
qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən Bərdə rayon sakini,
əvvəllər məhkum olunmuş Daşqın Əzizov saxlanılıb.

Ona məxsus idman çantasından 1 ədəd “AKS-74” markalı avtomat
silahı aşkarlanaraq götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb və
məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri
seçilib.