Advertisement

“Lufthansa” aviaşirkəti Tehrana uçuşları dayandırdı

Bakı. Trend:

Almaniyanın “Lufthansa” aviaşirkəti İranın paytaxtı Tehran
şəhərinə və əks istiqamətdə uçuşları dayandırıb.

Trend xəbər
verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, uçuşlar təhlükəsizlik səbəbindən aprelin 11-dək
təxirə salınıb, aprelin 11-də isə vəziyyət təkrar
qiymətləndiriləcək.

Aviaşirkətin nümayəndəsi Yaxın Şərqdəki vəziyyəti mütəmadi
izlədiklərini və rəsmi qurumlarla təmas saxladıqlarını əlavə
edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun