Advertisement

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

Bakı. Trend:

Abunəçilərinə sərfəli qiymətlər təklif edən “Nar” satış və
xidmət mərkəzlərində Xiaomi və Tecno smartfonlarının ən məhşur
modellərini təqdim edir. Ramazan bayramı münasibətilə 10-14 aprel
tarixlərində Xiaomi və ya Tecno smartfonlarını nağd ödəniş və ya
BirKart kart ilə aldığınız təqdirdə, 10%-ə qədər xüsusi endirim
əldə edəcəksiniz. Digər bir üstünlük isə, bu smartfonların
alıcılarına 12 ay pulsuz mobil internet və bir illik zəmanət
verilməsidir.

Bundan əlavə, operatorun sərfəli qiymət strategiyasına uyğun
olaraq, abunəçilər BirKart ilə ödəniş edərkən Xiaomi və ya Tecno
modellərini ayda cəmi 10,3 AZN-dən başlayan qiymətlərlə əldə edə
bilərlər. Təklif olunan ən sərfəli cihazın qiyməti cəmi 185
AZN-dir.

“Nar” mağazalarında smartfon satışı ilə yanaşı, mobil telefonlar
üçün müxtəlif cihaz və aksessuarlar, telefon nömrələrinin satışı və
bərpası, eləcə də digər xidmətlər təklif olunur. Operatorun
müştəriyönümlük strategiyasına uyğun olaraq, “Nar” abunəçiləri bu
yüksək keyfiyyətli xidmətlərdən sərfəli qiymətə yararlana
bilərlər.

Nar mağazalarının siyahısı və təklif olunan xidmətlər haqqında
ətraflı məlumatı nar.az saytında
əldə etmək olar.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə
xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə
görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət
qarşılığında üstün xidmət təqdim edir.