
Bakı. Trend:
Argentinalı ulduz Lionel Messinin “İnter Mayami”dəki maaşı bəlli
olub.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, o, ABŞ klubunda aya 1,6 milyon avro qazanır.
Messi MLS-də ən çox qazanan futbolçudur. Onun illik gəliri 19,2
milyon avrodur. Lionel “İnter Mayami” ilə 2025-ci ilin yayına kimi
müqaviləsi var.
Qeyd edək ki, Argentina yığmasının kapitanı komandada 20 oyunda
17 qol vurub, 9 ötürmə ilə yadda qalıb.





























