Bakı. Trend:
Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk
oyunları başa çatıb.
Trend-in məlumatına görə, saat 23:00-da start götürən iki matçda
İngiltərənin “Aston Villa” komandası doğma meydanda Fransa
təmsilçisi “Lill”ə 2:1 hesabı ilə qalib gəlib.
Digər görüşdə isə Belçika “Brügge”si evdə Yunanıstanın PAOK
kollektivini 1:0 hesabı ilə məğlub edib.
Günün ilk oyunlarında “Olimpiakos” “Fənərbağça”dan 3:2 hesabı
ilə üstün olub. Eyni saatda “Viktoriya Plzen” “Fiorentina” ilə
qolsuz heç-heçə edib.
Qeyd edək ki, mərhələnin cavab görüşləri aprelin 18-də
keçiriləcək.




























