Bakı. Trend:
Moskva və Ryazan Dövlət Tibb Universitetinin alimləri qanaxmanı
10-15 saniyəyə dayandıra bilən hialuron turşusunun modifikasiyası
əsasında “ComboSpas” məhsulu hazırlayıblar.
Trend-in
məlumatına görə, hazırda ilkin sınaqlar aparılıb, patent üçün ərizə
verilib.
“Moskva və Ryazan Dövlət Tibb Universitetinin tədqiqatçıları
qrupu, suyu bağlamaq qabiliyyəti ilə tanınan hialuron turşusunun
modifikasiyası əsasında qanaxmanın dayandırılması (hemostatik)
vasitəsi yaratdılar. Tərtibatçılar tərəfindən əldə edilən
aktivləşdirilmiş formada, o, qan plazmasında suyu sürətlə udur və
şəlaləli laxtalanma reaksiyasını işə salır, nəticədə qanaxma unikal
qısa müddət ərzində – 10-15 saniyə ərzində dayanır”, – məlumatda
bildirilir.
Qeyd edildiyi kimi, indi tez-tez istifadə olunan vasitələr ən
azı 2,5 dəqiqə ərzində qanaxmanı dayandırır. Alimlərin kəşfi ilkin
sınaqlardan keçib və yaxın gələcəkdə rəsmi sınaqların keçirilməsi
planlaşdırılır.




























